SİZİN REKLAM BURADA!
055 213 76 73


Yevlax şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 2 m² sahədə yanıb.

"Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

BAKU.WS