SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə dəfn olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

*** 12:18

Təzəpir məscidində Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadə ilə vida mərasimi keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, İ.Tağızadə 1957-ci il mayın 7-də Bakı şəhərində anadan olub. O, aprelin 9-da vəfat edib.

BAKU.WS
QALEREYA