SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 18 yaşlı qız itkin düşüb.

Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.

Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə həmin şəxsin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat veriblər.

İtkin düşən şəxs evdən çıxan zaman əynində qara rəngli kurtka, şalvar və köynək olub.

Şəkildə gördüyünüz Şəfa İsgəndərlinin yeri barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə və 012-590-72-03, 012-456-03-02, 055-751-59-82, 055-215-21-20, 050-257-55-55 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

BAKU.WS
QALEREYA