SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvanda 3 yaşlı uşaq mismar udub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Muxtar Respublikanın Kəngərli rayon Böyükdüz kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Əli Ceyhun oğlu Əlisoy evdə mismar udub. Vəziyyəti pisləşən uşaq Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yerləşdirilib.
Mərkəzdən bildirilib ki, uşağın mədəsindəki mismar zond vasitəsilə çıxarılıb, vəziyyəti sabitdir.

BAKU.WS