SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış sintezator ifaçısı Bayram Bağırsoyun ailə üzvləri dəfn olunub. 

BAKU.WS xəbər verir ki, yas mərasiminə müğənni Manaf Ağayev də qatılıb. O, qəzada həlak olan Bayramın azyaşlı oğlu Bayxanın nəşinin dəfnində iştirak edib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Xatırladaq ki, aprelin 5-də saat 15:45 radələrində Ələt-Astara magistralının Salyandan keçən 26-cı kilometrliyində dəhşətli yol qəzası baş verib.

Hadisə nəticəsində sintezator ifaçısı Bayram Bağırsoyun anası və 3 yaşlı Bayxan həlak olublar. 

BAKU.WS
VİDEO