SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramında evlənən Qoçəli və Həqiqət cütlüyünün övladı dünyaya gələcək.

BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər bildirib. O, 65 yaşlı Həqiqət xanımın hamilə olduğunu deyib.

Aparıcı cütlüyü təbrik edərək onlara gözaydınlığı verib.

Xatırladaq ki, Həqiqət xanım ötən il aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinə gəlib.

O, proqramda gənclik illərində başına gətirilən müsibətlərdən danışıb. 18 yaşında təcavüzə uğradığını və körpəsini anasının öldürdüyünü deyib.  

Daha sonra Tolik onu evlənməsi üçün “Elgizlə izlə” proqramına aparıb. Həqiqət orada Qoçəli bəylə tanış olaraq ailə qurub.

Bir müddət əvvəl cütlüyün nişan və toy mərasimləri baş tutub.

BAKU.WS
VİDEO