SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Məlumatı ATU-nun mətbuat xidmətindən təsdiq ediblər.

*** 15:32

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

***14:49

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə BAKU.WS-ə prokurorluğun mətbuat xidmətindən bildirilib:

"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".

***

Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır. Əlavə məlumat veriləcək.

BAKU.WS
VİDEO

VİDEO