SİZİN REKLAM BURADA!
055 213 76 73


Quba rayonunda intihar hadisəsi baş verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dünən səhər saatlarında rayonun İspik kənd sakini olan 1987-ci il təvəllüdlü İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında yerləşən meşəlik sahədə tapılıb.

Onun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu məlum olub.

Araşdırmalar zamanı, həmçinin üzə çıxıb ki, martın 6-sı saat 16 radələrində İ.Əlimərdanov Quba şəhərində yol qəzası törədib.

Belə ki, həmin vaxt o, idarə etdiyi “Niva” markalı 40-BB-011 avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İntiqam Əlimərdanov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib.

Xəstəxanaya yerləşdirilmiş R.Ağayevin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

BAKU.WS