SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Südçülük Sovxozu ərazisində 1964-cü il təvəllüdlü Teymurov Rafiq Rüstəm oğlu qardaşı oğlu ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki o, qardaşı oğlu ilə ailə-məişət zəminində mübahisə edib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS