SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayon ərazisində iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü 46 yaşlı Əzizov İlkin Xası oğlu və digər maşının sərnişini 40 yaşlı Moqomov Əli Şamil oğlu həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS