SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi davam edir.

BAKU.WS-in məlumatına görə, o, Məşədi Dadaş məscidində axund olduğu üçün vida mərasimi burada keçirilir.

Vida mərasiminə minlərlə şəxs gələrək ona ehtiramını və sayğısını bildirirlər.

Şahin Həsənli 16:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

***10:18

Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

BAKU.WS-in məlumatına görə, din xadimi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib. 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib:

"Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib".

BAKU.WS
VİDEO

QALEREYA