SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanması ilə bağlı açıqlama verilib.

BAKU.WS xəbər verir ki, Şirvan-Salyan Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, məsələ ilə bağlı polisə müraciət olunub.

“Hazırda Biləsuvar rayon polis şöbəsi və Şirvan Salyan Regional Təhsil İdarəsi araşdırma aparır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə idarədən bildirilib.

***15:55

Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, azyaşlının atası rəhmətə gedib, ana isə xəstəxanadadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən xəbərə görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.

BAKU.WS