SİZİN REKLAM BURADA!
055 213 76 73


“Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub”.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov BAKU.WS-ə bildirib ki, dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***08:12

Şəmkir rayonunda üç nəfər bıçaqlanıb. 

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, ev sahibləri yatan zaman qeydə alınıb.

Belə ki, Fuad adlı şəxs evə daxil olaraq 1972-ci il təvəllüdlü Sevda Abbasova, 1968-ci il təvəllüdlü Natiq Abbasov və nəvələri, 2014-cü il təvəllüdlü X.Abbasovanı bıçaqlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq polis tərəfindən saxlanılıb.

BAKU.WS