SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda intihar hadisəsi olub.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Qızıldaş qəsəbəsi “Yeni Massiv 2” ünvanında baş verib. Burada Əhmədov Sabir Allahverdi oğlu yaşadığı evin girişində özünü asaraq həyatına son qoyub.

Məlumata görə, S.Əhmədov intihar etməmişdən əvvəl məktub yazıb. Ancaq məktubun məzmunu açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS