SİZİN REKLAM BURADA!
055 213 76 73


Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, yol-hərəkəti qaydalarını pozan, nəqliyyat vasitələrinə çoxavazlı səs siqnalları quraşdıran sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.

Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

BAKU.WS