SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmazda 58 yaşlı kişi qonaq getdiyi evdə ölüb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Beləki, rayon sakini 1965-ci il təvəllüdlü Ağabalayev Asif Əlövsət oğlu qonaq getdiyi evdə qəfildən halı pisləşərək vəfat edib.

A.Ağabalayevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Ölümün dəqiq səbəbləri araşdırılır.

BAKU.WS