SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərindəki barların birində əcnəbilər arasında qarşıdurma yaranıb.
 
BAKU.WS APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində yerləşən barlardan birində baş verib. Ərəb ölkələrindən birinin vətəndaşı ilə Türkiyə vətəndaşı arasında mübahisə yaranıb. Nəticədə ərəb Türkiyə vətəndaşı Cengiz Çakmakın qulağını dişləyərək qoparıb. Təcilli xəstəxanaya yerləşdirilən C. Çakmakın qulağına tikiş qoyulub.
 
Faktla bağlı təhqiqat aparılır.

BAKU.WS