SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda iki avtomobil toqquşub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza Zivərbəy Əhmədbəyov küçəsində baş verib.

Belə ki, Nüsrət Məmmədov idarəetməsində olan “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirərək maşını eyni istiqamətdə olan “Toyota”ya çırpıb.

Qəza nəticəsində “Mercedes”də olan sərnişin xəsarət alıb.

Fakt araşdırılır.

BAKU.WS