SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu gün bizim qrup Kahramanmaraş şəhərinin Harunlar məhəlləsindəki binaların dağıntıları altından biri uşaq olmaqla 5 nəfərin meyitini çıxarıb".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "N" saylı hərbi hissənin komandiri Zəfər Mustafayev deyib.

O bildirib ki, hazırda Azərbaycan xilasediciləri Kahramanmaraşda dayanmadan axtarış-xilasetmə işləri aparır:

"Prezident İlham Əliyevin taprışığına əsasən Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranmış dağıntıları aradan qaldırılması istiqamətində gecə-gündür var gücümüzlə çalışırıq. Təbii ki, biz burada zamanla yarışırıq. Çalışırıq ki, dağıntılar alatında qalmış insaları sağ-salamat aşkarlayaraq və çıxaraq. Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdiririk".

BAKU.WS