SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində bir nəfər naməlum şəxs azyaşlılara qarşı zor tətbiq edib.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Məlumata görə, hadisə ötən gün baş verib. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov BAKU.WS-ə açıqlamasında bildirib ki, videogörüntü ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb:

"Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E. Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir".

BAKU.WS
VİDEO

QALEREYA