Naftalanda iki VAZ toqquşdu: Xəsarət alanlar var

05
fev
2023
18:12
Naftalanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Naftalan şəhər mərkəzi küçələrinin birində qeydə alınıb.
Hərəkətdə olan iki VAZ markalı minik maşınları toqquşub.
Qəza zamanı 1982-ci il təvəllüdlü Günel Mehdiyeva,1978-ci il təvəllüdlü Səməd Muradov, 1946-ci il təvəllüdlü Nigar İmanova,1970-ci il təvəllüdlü Gülnarə Nəsibova və 1990-cı il təvəllüdlü Minarə Nəsibova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Bakıda qız söhbətində qan düşdü: Məktəbin yanındakı cinayətin TƏFƏRRÜATI - FOTO
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2020-ci il sentyabrın 25-də Məhəmməd Əzimov bıçaq xəsarətləri alır. Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbə...