SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində qeydə alınıb.

"Kia" və "Honda" markalı avtomobillər toqquşub. İdarəetmədən çıxan "Kia" markalı avtomobil yol kənarındakı ağac və qaz xəttini saxlayan dirəyə çırpılıb. Nəticədə yol təsərrüfatına zərər dəyib, ağac və dirək yerindən qopub. Bir nəfər yüngül xəsarət alıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobillər ərazidən götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS
QALEREYA