SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə daxil olan məlumata görə, hadisə 5 nömrəli avtobus işıqforda dayanan zaman qeydə alınıb.

"24.01.2023 tarixində saat 17:40 radələrində Puşkin küçəsində "Baku Bus" MMC-nin müvəqqəti istismarında olan 5 nömrəli müntəzəm marşrutda 99-JS-113 (67129) dövlət qeydiyyat nişanlı avtobusu idarə edən sürücü Məmmədov Emil minik avtomobili ilə yüngül qəza edib. Hadisə zamanı minik avtomobili işıqforda dayanan avtobusun arxa hissəsinə yüngül toxunub.

Daxili İşlər Nazirliyinin (DİN) 102 xidməti və Təcili Təxirəsalınmaz Tibbi Yardıma (TTTY) məlumat verilməyib. Belə ki, qəza nəticəsində xəsarət alan olmayıb. Qarşı tərəf hadisə yerindən yayınıb".

Orxan Hüseyn
BAKU.WS