SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur aktyor Mesut Akusta qəza keçirib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, çəkiliş meydanında olan aktyorun dişi çıxıb. O, həkimə getmək üçün avtomobilə minib. Həmin vaxt müvazinətini itirərək yerə yıxılıb. Sürücünün onun yerə yıxıldığından xəbəri olmayıb və maşınla onun barmaqlarının üstündən keçib. Bədbəxt hadisə zamanı aktyorun üç barmağı sınıb.

Həkimə aparılan aktyor barmaqlarına gips qoyulduqdan sonra yenidən çəkiliş meydanına qayıdıb. Bundan sonra o, izləyicilərə ekran işində kimləsə dava etmiş formada təqdim olunub.

Xatırladaq ki, Mesut Akusta “Kurtlar Vadisi Pusu”da və “Eşkiya Dünyaya Hükümdar Olmaz" kimi reytinqli ekran işlərində rol alıb. Onun bir müddət əvvəl çəkildiyi "Teşkilat" serialında da beyninə qan sızıb. Uzun müddət müalicə olunduqdan sonra yenidən çəkiliş meydanına qayıdıb. 

Zöhrə Pənahi
BAKU.WS