SİZİN REKLAM BURADA!
055 213 76 73


Yol-nəqliyyat hadisəsi bu gün saat 10:20 radələrində Ağcabədi rayonunun Muğanlı kəndində qeydə alınıb.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinə inspektoru Toğrul Nəsirli oxu.az-a açıqlamasında bildirib ki, “Mercedes” markalı 04-BN-865 dövlət nömrə nişanlı avtomobil ilə “LADA Priora” markalı 04-BS-403 dövlət nömrə nişanlı nəqliyyat vasitələri toqquşub:

“Hadisə nəticəsində “LADA Priora” markalı avtomobilin sürücüsü Cəfərzadə İsa Mirələm oğlu, sərnişini Həmidova İradə Müzəffər qızı, eləcə də “Mercedes” markalı avtomobildə olan sərnişin Cəfərzadə Rahib Cəfər, xəsarət alıblar. “LADA Priora” markalı avtomobildə olan sərnişin Abbasov Rəşadət Allahverdi oğlu isə həlak olub.

İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb “Mercedes” markalı avtomobilin sürücüsü Quliyev Ayxan Elşən oğlunun idarəetməni itirərək əks istiqamətdən gələn “LADA Priora” markalı avtomobilin qarşısına çıxması olub”.

*** 11:41

Ağcabədidə ağır yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-ə daxil olan məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb. 

Qəza zamanı "Mercedes" və LADA (VAZ) Priora markalı avtomobillər bir-birinə çırpılıb.

Nəticəsə 3 nəfər xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Şahidlər iddia edirlər ki, hadisəyə səbəb yolların buz bağlamasıdır.

Qəzanın görüntülərini təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO