SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlığın oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Emin Qurbanov, əvvəllər məhkum olunmuşlar - Nadir Namazov və Kamran Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS