SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda bütün dinlərin nümayəndələrinin mehribanlıq və əmin-amanlıq şəraitində yaşadıqları bir vaxtda bir neçə xəbər portalında qərəzli şəkildə araşdırma aparılmadan Bakı şəhərində xristian qəbiristanlığındakı məzarların guya qəsdən kütləvi şəkildə dağıdılması, onların ətrafına çəkilmiş dəmir çərçivələrin bilərəkdən oğurlanması barədə məlumat verilib.
 
Bununla bağlı araşdırma aparılan zaman polis orqanlarına bu barədə mart ayında cəmi iki vətəndaşın şikayət etdiyi məlum olub. Sabunçu Rayon Polis İdarəsinə Dmitri Singin və Oleq Quryanov tərəfindən daxil olan şikayətdə qohumlarının Balaxanı qəsəbəsindəki qəbiristanlıqda olan məzarlarının üzərindən dəmir barmaqlıqlar və xaçların oğurlanması barədə məlumat verilib.
 
Sabunçu RPİ və 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini əvvəllər məhkum olunmuş Hümbət Kərimov saxlanılıb.
 
Saxlanılan şəxsin Balaxanı qəsəbəsindəki fərdi yaşayış evinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. H.Kərimov ilkin izahatı zamanı dəmir parçalarını satmaq niyyəti ilə oğurladığını bildirib.
 
Hümbət Kərimov, saxlanılan şəxs: Bir-iki aydır rus qəbiristanlığından dəmirləri gətirib verirdim "metallom”a. 120 kilo satmışam - kilosu 7 qəpikdən”.
 
Oleq Quryanov, zərərçəkən: "Martın 11-də valideynlərimlə bura gəldik. Gördük ki, qəbirlərin üzərindəki  dəmir barmaqlıqlar və xaçlar yoxdur. Bu, mənim babamın, bu isə nənəmin qəbridir. İndi hər şeyi yerinə qoyulub. Həmin insanı tutdular. Çox sağ olsunlar”.
 
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
BAKU.WS