SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sədərək" TM-də baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb”, - deyə DİN rəsmisi qeyd edib.

Görüntülərdən də göründüyü kimi polis əməkdaşları öz həyatlarını təhlükəyə ataraq yanğının söndürülməsində, insanların xilas edilməsində əllərindən gələni əsirgəmirlər.

BAKU.WS
VİDEO

QALEREYA