SİZİN REKLAM BURADA!
055 213 76 73


“Təhlükəsiz şəhər” kameraları vasitəsilə mövcud qanun pozuntusuna yol verən sürücü barədə məlumatlıyıq”.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, sözügedən qayda pozuntusuna yol verən sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə uyğun olaraq 3 bal 60 manat məbləğində cərimə gözləyir:

“Sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Şəxs müəyyən edildikdən sonra qanunvericiliyin tələblərinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcək. Qeyd edək ki, sürücünün bu hərəkəti digər sürücülər üçün ciddi təhlükə və qəza şəraitinə yol aça bilərdi”.

***14:53

Bakıda tıxacda qalan sürücü bardürün üzərinə çıxaraq əks yolla hərəkət edib.

BAKU.WS-in məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Sürücünün "Lexus" markalı avtomobillə digər istiqamətə keçərək yoluna davam etməsi kadrlarda əks olunub.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO