SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərin beşinin kimliyi məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, qəzada ölən 5 nəfər aşağıdakılardır:

1. 1986-cı il təvəllüdlü Kamran Məmmədşah oğlu Məmmədov

2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov

3. Yasamal rayon sakini İlqar Musayev

4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Alik Balakişiyev Yusif oğlu

5. Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlu

Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin də kimliyi dəqiqləşdirilir.

Ölənlərin meyitləri Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.

Bununla yanaşı, yol qəzasında xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.

***11:38

Baş Dövlət Yol Polisi İdarəsinin Siyəzən rayonunda 6 nəfərin öldüyü qəzanın necə baş verdiyini açıqlayıb.

İdarənin əməkdaşı polis leytenantı Elvin Hacıyev “Report”a bildirib ki, bu gün səhər saat 10 radələrində Bakı-Quba-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, 98-ci km-liyində Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlunun idarə etydiyi “Mercedes Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə əks istiqamətdən gələn Göyçəliyev Şaiq Məmməd oğlunun idarə etdiyi “DAF” markalı (TIR), 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə sürücü və daha 5 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

***10:42

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Merscedes Vita" markalı mikroavtobusla TIR toqquşub. Mersedes-Vita-da olan sürücü daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

 

BAKU.WS
VİDEO