Qohumları tərəfindən şantaj olunan qadın özünü körpüdən atmaq istədi

Gəncədə özünü körpüdən atmaq istəyən qadını polislər xilas ediblər.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Gəncə çayı üzərindəki körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü, Gəncə şəhər sakini T.Abdullayevadır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hadisə ilə bağlı açıqlama verib:
“Həmin ərazidə xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını alıb, onunla profilaktiki söhbətlər aparıblar.
İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib.
Hazırda şəhər prokurorluğunda araşdırma aparılır”.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
