SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı sakini Sənan Buludzadənin quru təmizləməyə verdiyi paltar yararsız vəziyyətə düşüb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki,  bu səbəbdən müraciət edən şikayətçi bildirib ki, "my Laundry" çamaşırxana və quru təmizləmə şirkətindən paltarı geri alan zaman üzərində ləkələr olub:

"Evdə yuyulduqda paltar korlanar deyə quru təmizləməyə üz tutduq. Oradan da paltarı alanda baxıram ki, tünd hissəsində ləkələr var. Paltar tamam yararsız vəziyyətdədir. Şirkətə şikayət edirik, baxan yoxdur. Normal olaraq korlanmış geyimimin qiyməti (115 manat) geri ödənməlidir. Ancaq onlar deyirlər, kimə şikayət edirsiz-edin, biz sizə pul verməyəcəyik".