SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyanda hamilə qadın xəstəxanada dünyasını dəyişib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 2003-cü il təvəllüdlü Çobanova Gülyanaq Cəlal qızı Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, 26-27 həftəlik hamilə qadın xəstəxanaya gətirilərkən anomal vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS