Bakıda hamilə qadının ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB - FOTO

Bakıda hamilə qadının ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB - FOTO
Foto
Hadisə 340

Binəqədi rayonu ərazisində evində hamiləlik qanaxmasından vəfat edən beş aylıq hamilə Nəzrin Həsənova ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibbi briqada saat 04:11-də ünvana çatdıqda həkiməqədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.

***09:21

Bakıda hamilə qadın evdə ölüb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, II Mədən, Korpus 71, ev 1 ünvanında qeydə alınıb.

Belə ki, noyabrın 30-da Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, 2002-ci il təvəllüdlü Nazim Şükürov küçəsi, ev 3/8B ünvanında qeydiyyatda olan, 5 aylıq hamilə Nəzrin Həsənova yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, II Mədən, Korpus 71, ev 1 ünvanında hamiləlik qanaxması səbəbindən vəfat etib.

Bu barədə Binəqədi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında N.Həsənovanın meyiti daxili müayinə edilməsi üçün MTE va PA birliyinə göndərilib.

Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər