SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 104 ünvanında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

BAKU.WS xəbər verir ki, Xidmət rəsmisi Fərid Piriyevin bildirdiyinə görə, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Azərstone” MMC tərəfindən kəsildiyi və təbiətə 26100 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

BAKU.WS