SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gəncədən toydan qayıdan ailə qəzaya düşüb.

"Report"un bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kilometrliyində baş verib.

Belə ki, 90-CP-149 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobilin sürücüsü Məmməd Məmmədov idarəetməni itirərək maşını aşırıb.

Qəza nəticəsində maşında olan sərnişin Elmira Məmmədova və digər sərnişin hadisə yerindəcə dünyalarını dəyişiblər. E.Məmmədova sürücünün həyat yoldaşı olub.
Sürücü və avtomobildə olan digər sərnişinlər isə xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS