SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Bakı şəhəri, Nizami rayonu,Əlif Hacıyev küçəsi, 19 ünvanında yerləşən binada yanğınla nəticələnən partlayış baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınla nəticələnən partlayışın beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verdiyi və yanğının hər an genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və digər mənzillərə keçməsinə imkan verilməyib.

Partlayışın təsirindən ümumi sahəsi 36m² olan ikiotaqlı mənzilin bir otağının arakəsmə divarı və eyvanı dağılıb, yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 13m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə zamanı mənzildə kirayəçi yaşayan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***10:28

Bakının Nizami rayonundakı yaşayış binasında baş verən partlayışda xəsarət alan kişinin vəziyyəti ağırdır.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, xəsarət alan 21 yaşlı şəxsin (kişi) bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı ilə vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə yerindəki həkim briqadaları tərəfindən 2 nəfərə (qadın olmaqla) hipertenziya və stressə qarşı kəskin reaksiya diaqnozu ilə yerində zəruri ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, ötən gün Nizami rayonu, Qara Qarayev prospekti, Əlif Hacıyev küçəsində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 11 saylı 36 kv metr 2 otaqlı mənzildə partlayış baş verib.

BAKU.WS