SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda yerləşən texniki peşə məktəbinin əvvəlki inzibati binasının aşağı mərtəbələri baxımsız vəziyyətdə qalıb. Ərazidə narkomanların qaldığı iddia olunur.

BAKU.WS xəbər verir ki, Sumqayıtda "42-ci məhəllə" adlanan ərazidə yerləşən texniki peşə məktəbinin keçmiş inzibati binasının bəzi otaqlarında şprislər, çirkli paltarlar var.

Otaqların pis qoxusu ətrafa yayılır. Bina istifadəsiz olsa da, aşağı mərtəbələrdəki otaqlarda naməlum şəxslərin şəraitsiz vəziyyətdə qalmaları şübhələri artırıb. İddia olunur ki, əraziyə narkomanlar toplaşır.

Qeyd edək ki, həmin binanın 4-cü mərtəbəsində 8 ailə yaşayır.

Texniki peşə məktəbinin mühafizəçisi bu insanların öhdəsindən gələ bilmədiklərini deyir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən "Xəzər Xəbər"ə bildirildi ki, artıq ərazi nəzarətə götürülüb.

BAKU.WS
VİDEO