163 nömrəli avtobus TÜSTÜLƏDİ - Sərnişinlər üçün ehtiyat avtobus göndərildi
Paytaxtda avtobuslardan biri alışma təhlükəsi ilə üzləşib.
BAKU.WS xəbər verir ki, hadisə 163 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobuslardan birində qeydə alınıb.
Həmin vaxt sərnişinlər də avtobusda olub.
Yaşanan hadisə ilə bağlı "BakuBus" MMC-in mətbuat katibi Əsmər Əliyeva ilə əlaqə saxladıq.
Qurum rəsmisi BAKU.WS-ə açıqlamasında faktı təsdiqləyib və sərnişinlər üçün əlavə ehtiyat avtobusu göndərildiyini bildirib:
"Bu gün saat 11:25 radələrində "BakuBus" MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobuslardan birində nasazlıq qeydə alınıb. Nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində soyutma mayesinin sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub. Baş vermiş halın yanğın hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib".
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...