SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən başlayaraq Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqsaylı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Polad Şirinov tələbə imiş.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a Azərbaycan Memarlıq və İnşaat Universitetindən məlumat verilib.

Bildirilib ki, P.Şirinov orta məktəbi bitirdikdən sonra AzMİU-nun nəzdindəki İnşaat Kollecinin “Su təchizatı və suayırma” ixtisasına qəbul olub. O, Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xidmətini davam etdirib.

Qeyd edək ki, P.Şirinov 2002-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. P.Şirinov II Fəxri xiyabanda dəfn olunub.

BAKU.WS
QALEREYA