SİZİN REKLAM BURADA!
055 213 76 73


Xətai rayonu, Cavanşir küçəsi 27 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov BAKU.WS-ə bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin taxta lövhələrlə hasara alındığı və meyvə ağaclarının qanunsuz kəsildiyi müəyyən edilib.

“Araşdırma zamanı ağacların vətəndaş Abbas Nəcəfov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”.

V.Cavadov onu da qeyd edib ki, ərazinin əvvəlki vəziyyətə gətirilməsi və kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi üçün Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göstəriş verilib.
“Birliyin işçiləri tərəfindən yaşıllıq sahədəki hasar sökülüb və əraziyə yeni ağaclar əkilib”.

“Yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək Nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkür edirik”.

BAKU.WS
QALEREYA