16 yaşı tamam olmamış qızla evləndi - Cinayət işi açıldı
Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nərimankənd sakini olan 2004-cü il təvəllüdlü Samir Şahbazova (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Bildirilib ki, bu ilin mayında Samir yetkinlik yaşına çatmayan Fərəhi Xırdalan şəhərindən evlənmək məqsədilə qaçıraraq yaşadığı kəndə gətirib. Hazırda onlar ər-arvad kimi birgə yaşayırlar və qız hamilədir.
S.Şahbazov Fərəhin 18 yaşı tamam olanda onunla rəsmi nikah bağlayacağını bildirib. Zərərçəkmiş qız da S.Şahbazovdan şikayətçi olmayıb.
Saatlı Rayon Məhkəməsinin dünən çıxardığı hökmlə Samirə bir il həbs cəzası verilib. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
Oxşar xəbərlər
Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var
Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometr...