SİZİN REKLAM BURADA!
055 213 76 73


Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Göylər Dağ kəndində “Shacman” markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS