SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə toy karvanında və “Son zəng” tədbirində avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Arzuman Nağdəliyev “VAZ” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə qəza törətmiş və avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşıb.

Sosial şəbəkələrdə “Son zəng” tədbirində “VAZ” markalı avtomobil ilə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə sürücü də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki sürücü barəsində protokol tərtib edilərək aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Hazırda sonuncu görüntülərdəki digər avtomobil sahiblərinin kimliklərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

BAKU.WS
VİDEO

QALEREYA