SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində baş verib.

“Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Bəkir Çobanzadə küçəsində yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirərək əks yola çıxıb. Bu zaman avtomobil qarşıdan gələn “Mercedes” markalı mikroavtobusla, daha sonra isə “Opel” markalı maşınla toqquşub. Qəza nəticəsində iki avtomobil deformasiyaya uğrayıb. Ümumilikdə 7 nəfər xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Əlavə məlumat veriləcək.

BAKU.WS
QALEREYA