SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Əlavə məlumat veriləcək.

***15:15

Bakıda otluq ərazidə yanğın başlayıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in 112 qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

BAKU.WS