VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Xəbər verdiyimiz kimi, dünən dənizdə batan 16 yaşlı qızın cəsədi ailəsinə təhvil verilib.

BAKU.WS-in FHN-ə istinadən yaydığı məlumatda qeyd olunurdu ki, hadisə Binəqədi rayonu ərazisində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda nəzarətsiz ərazidə) baş verib.

2000-ci il təvəllüdlü, Əliyeva Səmayə Vasif qızının cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA-nın bu gün yaydığı məlumata görə, Səmayə Əliyeva ilə yanaşı bacısı, 2002-ci il təvəllüdlü Aytac da dənizdə çimərkən boğularaq ölüb. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.
 
BAKU.WS