150 ildə İLK DƏFƏ! "Azdrama"da əlbəyaxa dava: Xalq artistinə hücuma keçdilər

150 ildə İLK DƏFƏ! Azdramada əlbəyaxa dava: Xalq artistinə hücuma keçdilər
Hadisə 670

Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəyaxa dava baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Qaynarinfo"ya sözügedən teatrın aktyorları məlumat veriblər.

Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.

Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.

Bildirilib ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.

Xalq artisti Əli Nur baş verən hadisə ilə prokurorluğa şikayət edib. Hadisə araşdırılır.

Oxşar xəbərlər

Goranboyda bədbəxt hadisə baş verib

Goranboyda bədbəxt hadisə baş verib

Goranboyda bədbəxt hadisə baş verib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü N.Məmmədova y...

127 Hadisə 23:59 01 yanvar 2026

Son xəbərlər