15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü
03
may
2026
20:01
Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Axaxdərə kəndində baş verib.
Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib.
Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.
Hadisə zamanı xəsarət alan kişi Zaqatala Rayon Xəstəxanasına çatdırılıb, müalicəsi davam etdirilir.
Oxşar xəbərlər
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, q...