SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.

Belə ki, magistral şossenin birinci zolağında “Toyota” markalı avtomobil nasaz vəziyyətdə olduğu üçün dayanıb.

Nasaz maşını görən “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib.

Ani dayanan avtomobilə eyni istiqamətdə hərəkətdə olan “Opel” markalı” maşın daha sonra “Saipa” markalı nəqliyyat vasitəsi çırpılıb.

Qəza nəticəsində “Saipa”-da olan bir nəfər xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Əraziyə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

BAKU.WS
VİDEO

QALEREYA